Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İstiqlal şairi “adlı onlayn tematik konfrans  keçirilib

07.02.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 05.02.2022-ci il tarixində Azərbaycan şairi, tərcüməçi, AYB-nin üzvü , professor,   Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar olaraq “İstiqlal şairi “adlı onlayn tematik konfrans  keçirdi. 19 saylı kitabxana filialının müdiri  Elza Əliyeva tədbiri açıq elan etdi.  Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın və  Vətən müharibəsi şəhidlərinin  ruhları bir dəqiqəlik sükutla yad edildi . Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin tarix müəlliməsi Vəfa Hacıyeva “Şairin bədii-siyasi ideya dünyası”,  Azərbaycan dili-ədəbiyyat müəlliməsi  Mərquşə İbrahimova “Üçrəngli poeziyanı bədii yaddaşa həkk  edən şair”, ibtidai sinif müəlliməsi Fidan Musayeva “Əhməd Cavadın Gəncə  dövrü”, Azərbaycan  yazıçılar birliyinin üzvü Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə “Cümhuriyyət şairi”, təqaüdçü Azərbaycan dili-ədəbiyyat müəlliməsi  Validə Hüseynova “Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm “ adlı mövzularla çıxışlar etdilər.  Babayeva Duyğu “Susmaram”, Babayev Hikmət “Neçə ayım ilim qaldı”, Xəlilzadə Fatimə “Səhər-səhər”, İsmayılov Mirkamil “Mən tapmışam”, Abbasəliyeva Fatimə “Üçüncü çərşənbə”, Qasımzadə Mehman “Dönür”, Babayeva Fatimə “Çirpınırdı Qara dəniz”, Məmmədli Zəhra “Azərbaycan bayrağı”, Məmmədov Turan, Vəliyev Məhəmmədəli “Marş”, Qasımova Aynur”Azərbaycan-Azərbaycan”, Qəşəmli Mehri ”Al bayraq”,Əliyeva Kəmalə”Kür”, Hüseynli Mədinə”Gözünə döndüyüm”, Nəzərov Hüseyn, İsmayılov Hüseyn, Alizadə Nərmin, Alizadə Nihad,  Alnağıyeva Nurgül, Allahverdiyeva Aylin, Əliyev Amin, Yusibova Nuray,Hüseynli Fəqan , Gəncə şəhər 26 saylı orta məktəbin şagirdi Nuray Məmmədova istiqlal şairi Əhməd Cavadın şerlərini söylədilər.  Tədbirdə “İstiqlal Şairi Əhməd Cavad-130” adlı videoçarx nümayiş edildi.

 

98.5 KB